Çin hərbçiləri ABŞ esminesini mübahisəli adalardan uzaqlaşdırıblar

Çin hərbçiləri ABŞ esminesini mübahisəli adalardan uzaqlaşdırıblar






presstv

"Presstv"az #ABŞ, #Çin, #Filippin, #Gəmi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin hərbçiləri ABŞ-nin “USS Higgins” esminesini Cənubi Çin dənizindəki Huanyan adası yaxınlığındakı sulardan uzaqlaşdırıblar.

presstvaz-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası Xalq Azadlıq Ordusunun Cənub Zonası Döyüş Komandanlığına istinadən məlumat verib.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Çin hakimiyyətinin icazəsi olmadan qeyri-qanuni olaraq Çinin ərazi sularına daxil olub.

Qeyd olunub ki, Çin hərbi rəhbərliyi qanuna uyğun olaraq ABŞ esminesini izləmək, müşahidə etmək, xəbərdarlıq etmək və sıxışdıraraq çıxarmaq (uzaqlaşdırmaq) üçün hərbçilər cəlb edib.

Skarboro rifinin bir hissəsi olan Huanyan adası Çin, Vyetnam, Bruney, Malayziya və Filippinin ərazi iddiası irəli sürdüyü mübahisəli ərazidir. Adaların şelfində daha əvvəllər əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv