London Avropanın bəzi liderlərini susmağa və Trampı qəzəbləndirməməyə çağırıb

London Avropanın bəzi liderlərini susmağa və Trampı qəzəbləndirməməyə çağırıb






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Alyaska, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Emmanuel Makron, #Fransa, #London, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya Avropanın bəzi siyasətçilərinin ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməsinin yaxınlaşan Tramp-Putin danışıqları fonunda mənfi nəticələrə gətirib çıxara biləcəyindən ehtiyat edir. London Avropa İttifaqının bir sıra liderlərindən, yumşaq desək, “ağızlarını yummağı” və ABŞ prezidentini qəzəbləndirməməyi xahiş edib.

presstvaz xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadla məlumat verib.

Bildirilir ki, London Tramp və Putin görüşü ilə bağlı səsləndirilən “faydasız şərhləri” kəskin tənqid edib.

Londonda, xüsusilə Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Aİ-nin ali nümayəndəsi Kaya Kallasın “anti-Tramp” xəttinin Vaşinqtonun Avropanı tamamilə nəzərdən kənarda qoymasına səbəb ola biləcəyindən narahatdırlar. Bu halda Tramp Ukrayna məsələsində Avropanın mövqeyini, ümumiyyətlə, nəzərə almaya və onu danışıqlardan uzaqlaşdıra bilər.

“Əgər avropalılar tələb irəli sürməyə və “qırmızı xətlər” müəyyən etməyə başlasalar, onların bir çox addımları Trampı qıcıqlandıra bilər”, – deyə britaniyalı rəsmilərdən biri bildirib.

Qeyd edilir ki, Böyük Britaniya da Tramp-Putin danışıqlarında iştirak etmək istəyir, lakin bunu səssiz və özünəməxsus şəkildə, pərdəarxası diplomatik kanallarla həyata keçirir. Qeyd olunur ki, Baş nazir Kir Starmer indiyədək Tramp və onun Putinlə görüşü barədə heç bir açıq bəyanat verməyib.

Ən sərt mövqeni isə Almaniya Kansleri Fridrix Merts sərgiləyib. O bu çərşənbə – avqustun 13-də Tramp ilə görüşdə şəxsən ona Rusiya ilə bağlı “qırmızı xətlər” göstərəcəyini bəyan edib. Mers vurğulayıb ki, danışıqların yeganə qənaətbəxş nəticəsi Avropa üçün Rusiyanın məğlubiyyəti olacaq.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər. Görüş zamanı dövlət başçıları Ukrayna böhranının uzunmüddətli həllinə diqqət yetirəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv