Kim Çen In və Putin arasında telefon danışığı baş tutub

Kim Çen In və Putin arasında telefon danışığı baş tutub






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Donald Tramp, #Kim Çen In, #Rusiya, #Şimali Koreya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Vladimir Putinlə telefon danışığı zamanı Şimali Koreyanın Rusiya rəhbərliyinin qəbul etdiyi qərarları hər zaman tam dəstəkləyəcəyini bəyan edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyindən məlumat verilib.

“Kim Çen In əmin edib ki, Şimali Koreya həmişə KXDR və Rusiya Federasiyası (RF) arasında bağlanmış müqavilənin ruhuna sadiq qalacaq, həmçinin RF rəhbərliyi tərəfindən görülən bütün tədbirləri tam dəstəkləməyə davam edəcək”, – deyə məlumatda bildirilib.

KXDR-in qeyd etdiyi kimi, Putin və Kim Çen In, eyni zamanda, Şimali Koreya və Rusiya arasında Strateji Tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində əməkdaşlığın dərinləşməsini də yüksək qiymətləndirib və onu daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Daha əvvəl isə Kremlin Mətbuat Xidməti Putinin Kim Çen In ilə telefon danışığı barədə məlumat yayıb. Onlar bildiriblər ki, Rusiya prezidenti Şimali Koreya lideri ilə avqustun 15-də Alyaskada baş tutacaq ABŞ Prezidenti Donald Trampla gözlənilən danışıqlar kontekstində məlumat bölüşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv