Yeni Kaledoniyada müstəqillik tərəfdarları “Bujiqal” razılaşmasını rəsmən rədd edib

Yeni Kaledoniyada müstəqillik tərəfdarları “Bujiqal” razılaşmasını rəsmən rədd edib






presstv

"Presstv"az #Fransa, #Mətbuat konfransı, #Paris, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Kaledoniyanın əsas müstəqillik hərəkatı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) hökumət və müstəqillik tərəfdarları ilə iyulun əvvəlində imzalanmış Bujival sazişindən imtina edib.

presstvaz-ın “Le Monde”yə istinadən verdiyi xəbərə görə, Yeni Kaledoniya dövlətinin yaradılmasını nəzərdə tutan sazişdən imtina barədə qərar avqustun 9-da FLNKS-in növbədənkənar qurultayında qəbul edilib və bu gün Numea şəhərində keçirilən mətbuat konfransında təsdiqlənib.

Bəyanatda bildirilib ki, razılaşma hərəkatın mübarizə prinsipləri və əldə etdiyi nailiyyətlərlə uyğun gəlmir.

Qeyd edə ki, sənəd “Yeni Kaledoniya Dövləti” və “Kaledoniya vətəndaşlığı” anlayışlarının yaradılması, eləcə də pul vahidi, ədliyyə və polis kimi bəzi səlahiyyətlərin ötürülməsi imkanını nəzərdə tutulur. Lakin burada yeni müstəqillik referendumu keçirilməsi yer almır ki, bu da müstəqillik tərəfdarları arasında ciddi narazılıq yaradıb.

FLNKS öz tərəfdarlarını sülh yolu ilə səfərbər olmağa və rəsmi Parisin kanak xalqının razılığı olmadan siyasi həll yolunu zorla qəbul etdirməyə yönəlmiş cəhdlərinə qarşı çıxmağa çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv