Biləsuvarda saxta spirtli içkilər satan market aşkarlanıb

Biləsuvarda saxta spirtli içkilər satan market aşkarlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Biləsuvar, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə beş ədəd 250 ml-lik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin üç ədəd litrlik və iki ədəd 0.5 l-lik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd olunan VÖEN-in müəyyən olunmaması faktı aşkarlanıb.

Eyni zamanda, iki ədəd iki l-lik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların qeyd olunmadığı məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv