Rusiya KİV-in saytları DDoS hücumu səbəbindən fəaliyyətlərini dayandırıb

Rusiya KİV-in saytları DDoS hücumu səbəbindən fəaliyyətlərini dayandırıb






presstv

"Presstv"az #Baş redaktor, #DDoS hücumu, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Datahouse” hostinq provayderinin infrastrukturuna edilən güclü DDoS hücumu nəticəsində şirkətin xidmətlərindən istifadə edən bir sıra onlayn resursların işində fasilələr yaranıb. Təsirlənən saytlar arasında “Mobile-Review” və “iXBT” kimi tanınmış Rusiya media platformaları da var.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Telekommunalka” “Telegram” kanalı məlumat verib.

Bildirilib ki, hücum gecədən başlayıb.

“Datahouse.ru DDoS hücumuna məruz qalıb. Nəticədə onların öz saytı, xidmətləri və orada hostinqi olan bütün resurslar – o cümlədən “Mobile Review” və “iXBT” – əlçatan deyil”, – deyə açıqlamada vurğulanıb.

Məlumatı “Mobile-Review”nun baş redaktoru Eldar Murtazin də təsdiqləyib, lakin o, səbəbin DDoS hücumu deyil, Rusiyadakı bir çox resursa qarşı marşrutlaşdırmanın qəsdən sındırılması olduğunu iddia edib:

“Bu, sadəcə texniki nasazlıq deyil, açıq şəkildə qəsdli bir hərəkətdir”, – deyə Murtazin vurğulayıb.

Qeyd edilib ki, saytların işində fasilələrlə bağlı şikayətlər təxminən 11 avqust yerli vaxtla gecə saat 3:00-da başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv