Rusiyada minlərlə miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən altı nəfər saxlanıldı

Rusiyada minlərlə miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən altı nəfər saxlanıldı






presstv

"Presstv"az #Cinayət işi, #Hakim, #Rusiya, #Sankt-Peterburq, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları “Qosusluqa”da sındırılmış hesablar vasitəsilə azı 5 min əcnəbinin miqrasiya qeydiyyatına salınmasında şübhəli bilinən altı nəfəri saxlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk “Telegram” kanalında yazıb.

“Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İnformasiya və Kommunikasiya Texnologiyalarından Qanunsuz İstifadəyə Qarşı Mübarizə Departamentindən olan həmkarlarım 6 yerli sakini saxlayıblar. Onlar qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinirlər”, – deyə o bildirib.

Saxlanılan şəxslər şəxsi kabinetlərində olarkən hesab sahibinin tapşırığı ilə əcnəbiləri miqrasiya qeydiyyatına alıblar. Qeydiyyat ölkənin müxtəlif bölgələrində real ünvanlarda aparılıb. Bir hesab 300-ə qədər miqrantın qeydiyyatdan keçməsinə imkan verib.

“Əməliyyatçılar əcnəbilərin saxta miqrasiya qeydiyyatına salınması üçün istifadə edilən 100-ə yaxın sındırılmış hesab aşkar ediblər”, – deyə Volk əlavə edib.

Onun sözlərinə görə, fiqurantlar potensial müştəriləri tapmaq üçün çox sayda “Telegram” kanalı yaradıblar və orada öz xidmətlərini reklam ediblər. Ümumilikdə, onlar bu profilli təxminən 350 “Telegram” kanalını idarə ediblər.

Bundan əlavə, cinayət ortaqları mütəmadi olaraq əcnəbilərin kütləvi toplaşdığı yerlərə baş çəkib, onlara öz hüquqi statuslarının tənzimlənməsində köməklik təklif ediblər. Xidmətin dəyəri adambaşına təxminən 3 min rubl (təxminən 64 manat) təşkil edib.

“Əməliyyat məlumatlarına görə, 2.5 il ərzində cinayətkarlar ən azı 5 min miqrantı leqallaşdıraraq, təxminən 20 milyon rubl (təxminən 427 min manat) qazanıblar”, – deyə İrina Volk əlavə edib.

Onun sözlərinə görə, axtarış zamanı saxlanılan şəxslərdən smartfonlar, kompüterlər, saxta blanklar və dövlət hakimiyyət orqanlarının möhürləri, bank və SIM kartlar, sübut dəyəri olan digər əşyalar müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərdən biri ev dustaqlığına göndərilib, digəri barəsində isə müəyyən hərəkətlərə qadağa qoyulması şəklində qabaqlayıcı tədbir seçilib, qalanlarına isə ərazidən çıxmamaq qadağası qoyulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv