Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Nazirlər Kabineti, #Nəqliyyat, #Sərəncam, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə imzalanan sərəncamla Nazirlər Kabinetinə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən və “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26.6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv