Ekspert: “Azərbaycan və Ermənistanın barışması Qazaxıstan üçün yeni perspektivlər açır”

Ekspert: “Azərbaycan və Ermənistanın barışması Qazaxıstan üçün yeni perspektivlər açır”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Çin, #Ermənistan, #Gürcüstan, #Münaqişə, #Orta Dəhliz, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Tacikistan, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Ermənistan arasındakı münaqişənin tam həlli Qazaxıstan üçün yeni imkanlar yarada bilər”.

presstvaz xəbər verir ki, bu barədə qazaxıstanlı siyasi şərhçi Qaziz Abişev iki ölkə arasında imzalanmış ilkin sülh sazişi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Ekspertin sözlərinə görə, Bakı limanından Ermənistan ərazisindən keçərək Türkiyəyə uzanan quru marşrutu Orta Dəhlizin bir hissəsi kimi, bu dəhliz boyunca yerləşən bütün ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.

Abişev xatırladıb ki, Azərbaycan və ABŞ Anlaşma Memorandumu imzalayıb, Ermənistan isə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin ABŞ idarəçiliyinə verilməsi barədə razılığa gəlib. Bu marşrut bundan sonra “Tramp Marşrutu” (TRIPP) adlanacaq.

Ekspert qeyd edib ki, Qırğızıstan və Tacikistan artıq sərhəd məsələlərini həll edib və Çinlə iqtisadi əlaqələrini genişləndirirlər.

“Ermənistan və Azərbaycanı, azı formal olaraq, ABŞ barışdırır. Postsovet məkanı son ayrılma mərhələsini yaşayır. ABŞ-nin Cənubi Qafqaza sürətli irəliləyişi regiondakı qüvvələr balansını və əhval-ruhiyyəni nümayiş etdirir”, – deyə Abişev vurğulayıb.

Onun sözlərinə görə, baş verən dəyişikliklər qonşu ölkələrə də təsir göstərə bilər:

“Gürcüstan-Ermənistan-Azərbaycan xətti regionda Qərbin mövqelərinin möhkəmlənməsində mühüm amil ola bilər”, – deyə ekspert yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv