İsti havada soyuq dondurmanın zərərləri – “Kaspi”nin araşdırması

İsti havada soyuq dondurmanın zərərləri – “Kaspi”nin araşdırması






presstv

"Presstv"az #Avropa, #Dondurma, #Körpə, #Qida məhsulları, #Sağlamlıq, #Virus xəstəlikləri, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Az şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır.

Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir.

presstvaz bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

“Bu, məhsulun keyfiyyətini pozur”

“Refresh Group” MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən baş icraçı direktoru Seymur Qafarov açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun “soyuq zəncir” şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir:

“Dondurma heç vaxt əriməməli və sonradan yenidən dondurulmamalıdır. Bu hal məhsulun keyfiyyətini və təhlükəsizliyini ciddi şəkildə poza bilər. Eyni zamanda, məhsulun üzərindəki etiketlər tam, aydın və oxunaqlı olmalı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatlar diqqətlə yoxlanılmalıdır. Gigiyenik olmayan şəraitdə satılan dondurmalardan mütləq uzaq durmaq lazımdır”.

Saxlanma şəraitində hansı risklər mövcuddur?

Mütəxəssis vurğulayır ki, dondurmanın tərkibindəki transyağlara və “E” kodlara (Qida məhsullarında istifadə olunan qida əlavələrini təyin etmək üçün Avropa Birliyi tərəfindən verilən bir koddur. Bu kodlar hər bir qida əlavəsinin təhlükəsizliyinin təsdiqləndiyini bildirir) qarşı diqqətli olunmalıdır:

“Həmçinin körpələr üçün süni qatqılar, stabilizatorlardan istifadə olunaraq ərsəyə gələn məhsullardan uzaq durulmasında fayda vardır. Bu cür məhsulların daxilində yüksək şəkərin olması sağlamlıq üçün risklidir. Bir digər risk faktoru isə məhsulun düzgün temperaturda saxlanmamasıdır. Dondurma mütləq -18°C temperaturdan aşağı şəraitdə saxlanılmalıdır. Əks halda, məhsulun tərkibi pozula, mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarana bilər ki, bu da sağlamlıq üçün təhlükəlidir”.

“Ürək-damar xəstəlikləri riskini artırır”

Qida mütəxəssisi bildirir ki, tərkibində transyağlar olan dondurmalar təhlükə mənbəyidir:

“Transyağlar və süni qatqılar ürək-damar xəstəlikləri riskini artırır, immun sisteminə mənfi təsir edir, allergik reaksiyalara səbəb ola və uzunmüddətli istifadədə müxtəlif xroniki xəstəliklərə zəmin yarada bilər. Bu maddələr uşaqların sağlam inkişafına da mənfi təsir göstərə bilər. Əsl dondurma, əsasən təbii komponentlərdən – süd, qaymaq, şəkər kimi maddələrdən hazırlanır. Dondurulmuş desert isə bu əsas inqrediyentlərlə yanaşı, bir sıra digər qatqı maddələrini özündə ehtiva edir”.

Uşaqlar üçün təhlükəsiz dondurma hansıdır?

Uşaqlar üçün hansı növ dondurmaların uyğun olduğu barədə danışan həmsöhbət qeyd edib ki, meyvə püresi, süd və qatıq əsaslı dondurmalar daha münasib seçimdir:

“Az şəkərli, qatqısız, süni rəngləndirici və aromatizatorsuz dondurmalar uşaqlar üçün daha təhlükəsizdir. Həmçinin bəzi uşaqlarda laktoza həssaslığı ola bilər. Bu hallarda laktozasız dondurmalar daha uyğun seçim sayılır”.

Dondurulmuş paketli məhsullar mikrob mənbəyidir?

Adətən uşaqlıqda yediyimiz, küçə kənarlarında, səyyar maşınlarda satılan açıq dondurmaların mikrob daşıyıcısı olduğu düşünülürdü. Amma türk professor Ahmet Rasim Küçükusta mikroblarla bağlı iddialara əks-arqumentlə cavab verib. O qeyd edib ki, ən böyük mikrob mənbəyi dondurulmuş paketli məhsullardır. O, bəzi xarici ölkələrdə dondurulmuş fastfud tipli məhsulların geri çağırıldığını bildirib:

“Emal olunmuş un, şəkər, transyağlar və əlavə maddələrlə hazırlanan “mühəndislik məhsulu” paketlənmiş dondurmalar və digər qidalar xroniki xəstəliklərin əsas səbəblərindəndir”.

Adı şirin olsa da…

Diyetoloq Esra Kula da deyib ki, dondurmanın adı şirin olsa da, hər dondurma sağlam deyil:

“Bəzi paketli dondurmaların tərkibində real süd və təbii şəkər olmadığı üçün həm sağlamlığa zərərlidir, həm də çəki artımına səbəb olur. Bu dondurmalardansa, evdə hazırlanan alternativ qidalar daha faydalıdır. Qatıq, yulaf və təbii meyvələrlə hazırlanmış ev dondurmaları daha sağlamdır. Hətta bu dondurmalar klassik dondurma dadına tam uyğun gəlməsə də, uşaqlara və kilo vermək istəyən böyüklərə soyuq və faydalı qəlyanaltı kimi təqdim edilə bilər”.

Hipotermiya, sinir reseptorlarının qıcıqlanması…

Bəzi mütəxəssislər isə hesab edirlər ki, isti havalarda dondurma yemək təhlükəlidir. Bioloq Aleksandr Sozıkin bildirib ki, isti havada çox soyuq dondurma qəbul etmək ağız boşluğundakı selikli qişanın lokal soyumasına, yəni hipotermiyaya səbəb olur. Bu da immun hüceyrələrinin fəaliyyətini zəiflədir:

“Normalda ağız boşluğunda olan mikroblar immun sistem tərəfindən nəzarətdə saxlanılır. Amma müdafiə zəiflədikdə bu mikroorqanizmlər sürətlə artır və müxtəlif infeksiyalara yol aça bilər. Nəticədə boğazda ağrı, şişkinlik və virus xəstəlikləri ortaya çıxır. Bu səbəbdən mütəxəssislər isti havalarda dondurmanı birdən-birə çox soyuq halda yeməməyi tövsiyə edirlər”.

Bioloqun sözlərinə görə, çox isti havada dondurma yeməyin başqa bir mənfi təsiri də sinir reseptorlarının qıcıqlanmasıdır:

“Bədən yüksək temperaturda olanda ağız boşluğunun, xüsusilə damağın qəfil soyuması beyin damarlarında spazmaya səbəb ola bilər. Bu isə öz növbəsində qəfil və şiddətli baş ağrısı ilə nəticələnə bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv