“Real Madrid”in gənc ulduzu arzusuna çatdı

“Real Madrid”in gənc ulduzu arzusuna çatdı






presstv

"Presstv"az #"Real Madrid", #Braziliya, #Endrik, #Kərim Benzema, #Kilian Mbappe

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”də 9 nömrəli formanın gənc Qonsalo Qarsiyaya veriləcəyinə görə narazı olan Endrik arzusuna çatıb.

presstvaz xəbər verir ki, braziliyalı hücumçu 10 nömrəni götürən Kilian Mbappenin boşaltdığı formaya sahib çıxıb.

“Real Madrid” ərköyün forvardı küsdürməmək üçün belə addım atıb. İndi o, Mbappedən əvvəl 13 il Kərim Benzemanın tərlətdiyi formada oynayacaq.

Endrik “Real Sosyedad”a icarəyə göndərilmək variantına da razı olmayıb. O, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyətindədir.

Yeri gəlmişkən, “Real Madrid” Qarsiyaya da jest edib. Klublararası dünya çempionatında parlayan hücumçu ilə müqavilənin müddət 2030-cu ilin yayınadək uzadılıb. Onunla anlaşmaya bir milyard avroluq satınalma bəndi salınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv