Azərbaycan UEFA əmsallar cədvəlində yerini qoruyub

Azərbaycan UEFA əmsallar cədvəlində yerini qoruyub






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Azərbaycan, #Bolqarıstan, #İngiltərə, #Rusiya, #Sofiya, #UEFA Çempionlar Liqası, #UEFA əmsallar cədvəli, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün avrokuboklarda baş tutan növbəti oyunlardan sonra Azərbaycan UEFA əmsallar cədvəlindəki mövqeyini qoruyub.

presstvaz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 19.000 xal olan ölkəmiz 28-ci sırada qərarlaşıb.

Qeyd edək ki, dünən Konfrans Liqasında baş tutan qarşılaşmalarda “Araz-Naxçıvan” klubu Kiprin “Omoniya” klubuna 0:4 hesabı ilə, “Sabah” klubu isə Bolqarıstanın “Levski Sofiya” klubuna 0:1 hesabı ilə məğlub olublar.

Xatırladaq ki, iki gün əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Şkendiya”nı minimal hesabla məğlub edib.

Beləliklə, təsnifat mərhələlərində qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə “Qarabağ”ın ölkənin aktivinə 0.750 xal, “Sabah”ın 0.625 xal, “Araz-Naxçıvan”ın 0.375 xal, avrokuboklarda artıq çıxışını dayandırmış “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.

Bu il aktivini 1.875 xal artıran ölkəmiz hazırda 27-ci yerdə olan Ukraynadan 0.600 xal geri qalır, məlum səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pillədədir.

Qeyd edək ki, UEFA əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv