Marko Rubio: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsası qoyulur”

Marko Rubio: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsası qoyulur”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #Hindistan, #Jurnalistlər, #Müharibə, #Münaqişə, #Pakistan, #Tailand, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edəcək razılaşmanın imzalanması gözlənilir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bəyan edib ki, ABŞ prezidenti sülhə sadiqdir.

“Biz Hindistan və Pakistan arasında müharibə baş verdikdə birbaşa müdaxilə etdik və prezident (Donald Tramp) bu istiqamətdə sülhün əldə olunmasına nail oldu. Daha yaxın zamanlarda Kamboca və Tailand, eləcə də Azərbaycan və Ermənistan arasında proseslərdə irəliləyiş var”, – deyə dövlət katibi bildirib.

“Azərbaycan və Ermənistan məsələsinə gəldikdə, (bu gün) sülh müqaviləsinin başlanğıcını qoyacaq razılaşmanı imzalamaq üçün burada olacağıq”, – deyə o əlavə edib.

Marko Rubio, həmçinin Afrika qitəsində uzunmüddətli münaqişələrin həlli istiqamətində də irəliləyişlər əldə olunduğunu qeyd edib:

“Konqo Demokratik Respublikası və Ruanda arasında 30 ildir davam edən, yeddi milyon insanın həyatına son qoyan müharibəyə də müdaxilə etdik. Tərəfləri buraya gətirdik və sülh sazişi imzalandı”.

Rubio vurğulayıb ki, əldə olunan sülh sazişlərinin qorunması və davamlılığı üçün mütəmadi iş aparılmalıdır:

“Sülh daimi olmur, onu qorumaq və möhkəmləndirmək üçün daim çalışmaq lazımdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv