Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər






presstv

"Presstv"az #Azərbaycan, #Belçika, #COP29, #Hava Yolları, #X sosial şəbəkəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması müzakirə edilib.

presstvaz xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev özünün X sosial şəbəkəsində yazıb.

Müzakirələr AZAL prezidentinin Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon ilə görüşü zamanı aparılıb.

S.Rzayevin fikrincə, bu görüş bir daha göstərib ki, mülki aviasiya sərnişinlərin daşınması ilə yanaşı, həm də mədəniyyətlər, insanlar və imkanlar arasında bir körpüdür.

“Görüş zamanı AZAL-ın gələcək strateji hədəflərindən danışdıq və bizim üçün prioritet olan məsələləri – dayanıqlı inkişaf, sərnişin məmnuniyyəti və innovasiya ilə bağlı ideyalarımızı partnyorlarımızla bölüşdük. Söhbətimizdə Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması ideyası da xüsusi yer tutub. Bu imkanlar həm biznes sahəsində əməkdaşlığı, həm də mədəni mübadilə üçün də böyük əhəmiyyət daşıyır”, – deyə AZAL prezidenti bildirib.

Eləcə də AZAL-ın COP29-da olan iştirakından və daha yaşıl gələcək qurmaqda aviasiyanın roluna dair öhdəliyi vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv