Şahin Bağırov bu qurumda ixtisarlara başladı

Şahin Bağırov bu qurumda ixtisarlara başladı






presstv

"Presstv"az #Azərbaycan, #Şahin Bağırov, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində ixtisarlar başlayır.

presstvaz Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb.

8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.

Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə minəcək. Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv