Sürücülərin NƏZƏRİNƏ: Altı funksiyadan istifadə edərkən ehtiyatlı olun

Sürücülərin NƏZƏRİNƏ: Altı funksiyadan istifadə edərkən ehtiyatlı olun






presstv

"Presstv"az #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yağışlı havada avtomobil idarə etmək daha çox diqqət tələb edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi sürücüyə yardımçı sistemlər belə hava şəraitində təhlükə mənbəyinə çevrilə bilər.

presstvaz xəbər verir ki, pravda.ru-nun avtomobil ekspertləri bununla bağlı öz tövsiyələrini veriblər.

Onların sözlərinə görə, avtomobil elektronikası yağış və sürüşkən yollarda hər zaman düzgün işləməyə bilər.

Ekspertlər aşağıdakı altı funksiyadan istifadə zamanı sürücülərə ehtiyatlı olmağı tövsiyə edirlər:

Kruiz-kontrol – yaş yollarda avtomobilin sürətini sabit saxlaması nəzarətsiz sürətlənməyə və sürüşməyə səbəb ola bilər.

Duman faraları – ön fənərlər yağışda effektiv deyil, arxa fənərlər isə arxadan gələn sürücünü kor edə bilər.

Avtomatik klimat-kontrol – bu sistem bəzən salonun buxarlanmasına vaxtında reaksiya vermir.

Avtomatik şüşətəmizləyicilər – zəif yağışda və ya çirkli şüşədə düzgün işləməyə bilər.

Tez qızdırılan ön şüşə – soyuq havada birdən qızdırılsa, çatlara səbəb ola bilər.

Avtomatik sürət qutusu – sürüşkən yollarda düzgün ötürmə seçmədiyindən nəzarəti çətinləşdirə bilər.

Buna görə, mütəxəssislər tövsiyə edirlər ki, çətin hava şəraitində sürücülər avtomatik sistemlərə tam arxalanmasın və idarəetməni mümkün qədər öz üzərinə götürsün.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv