Tur bələdçisi dağdan yox, maşından yıxılıb – Təfərrüat

Tur bələdçisi dağdan yox, maşından yıxılıb – Təfərrüat






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Astara Rayon Polis Şöbəsi, #Avto, #Günəş, #Hadisə, #Lənkəran, #Nəqliyyat, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

21:56

Astarada 29 yaşlı tur bələdcisi dağlıq ərazidə yıxılaraq ölüb.

presstvaz xəbər verir ki, Astarada turistlərə bələdçilik edən 29 yaşlı şəxs bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə rayonun Hamuşam kəndi ərazisində baş verib. Lerik rayonunun Günəşli kənd sakini, 1995-ci il təvəllüdlü Rufiz Zamanov kənddə bələdçi kimi fəaliyyət göstərərkən dağlıq ərazidə yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Zamanov reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayevin verdiyi məlumata görə, Rufiz Zamanovu epilepsiya tutub və nəticədə yıxılaraq başından ciddi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Astarada ölən tur bələdçisinin ölümü ilə bağlı təfərrüat məlum olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, avqust ayının 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi QAZ 6601 markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb. Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb.

Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv