Lionel Messinin cangüdəni işindən kənarlaşdırılıb

Lionel Messinin cangüdəni işindən kənarlaşdırılıb






presstv

"Presstv"az #ABŞ, #İnter Mayami, #Kanada, #Lionel Messi, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi Yassin Çueko son matçda baş verən insidentə görə cəzalandırılaraq işindən kənarlaşdırılıb.

presstvaz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İyulun 31-nə keçən gecə Liqa Kubokunun ilk turunda “İnter Mayami” Meksika “Atlas”ına 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda Messinin mühafizəçisi Çueko reqlamenti pozub. O, iki komandanın oyunçuları arasında yaranan mübahisəni yatırmaq üçün qarşılaşmadan sonra meydana girərək “Atlas”ın oyunçuları ilə fiziki təmas yaşayıb. Liqa Kubokunun Nizam-İntizam Komitəsi cangüdənin turnirin sonuna qədər arenada olmasına qadağa qoyub. Üstəlik, “İnter Mayami”yə cərimə tətbiq edilib.

Liqa Kuboku 2019-cu ildən ABŞ, Kanada və Meksika klubları arasında keçirilən turnirdir. Yarışda ilk üç yeri tutan komanda KONKAKAF Çempionlar Liqasına vəsiqə qazanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv