SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək






presstv

"Presstv"az #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Jurnalistlər, #Mikayıl Cabbarov, #Suriya, #Türkiyə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələcəkdə Yaxın Şərqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

presstvaz xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, gələcəkdə hansı ölkəyə qaz ixrac ediləcəyini indidən konkret olaraq demək düzgün olmaz:

“Ancaq onu qeyd edə bilərəm ki, Şərq bazarında və ümumilikdə bu coğrafiyada həm Azərbaycan qazına olan tələbat, həm də qazımızın rəqabətqabiliyyətli şərtlərlə bu bazara çatdırılması imkanları bu [Suriyaya qaz ixracı] layihə ilə artıq təsdiqlənmiş oldu. Əldə olunmuş razılaşmanın xüsusiyyətlərini nəzərə alaraq, türkiyəli həmkarlarımıza təşəkkürümü bildirirəm. Çünki qazın tranziti üçün onlar tərəfindən əlverişli şərait yaradılıb. Bu baxımdan gələcəkdə SOCAR-ın regionda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.

Nazir əlavə edib ki, Suriyaya ixrac olunan qaz birbaşa SOCAR tərəfindən göndərilir və satılır: “Bu, xarici konsorsiumlara məxsus qaz deyil. Təchizat SOCAR, yəni dövlət şirkəti tərəfindən həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv