İlk siqaret insanın nə qədər yaşayacağını göstərir

İlk siqaret insanın nə qədər yaşayacağını göstərir






presstv

"Presstv"az #Siqaret, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Siqaretə neçə yaşında başlanması və ilk siqareti çəkdiyi vaxt insanın uzun və ya qısa ömürlü olmasını göstərə bilər.

presstvaz Medicina.az-a istinadən xəbər verir ki, alimlərin tapıntılarını tibb elmləri namizədi, cərrah və onkoloq Mark Qadziyan şərh edib.

“10 yaşından əvvəl ilk dəfə siqaret çəkənlər üçün – dünyada belə insanlar çoxdur, siqaret çəkməyənlərə nisbətən xərçəngdən ölmək riski 4 dəfə çoxdur. 21 və daha yuxarı yaşda siqaret çəkməyə başlayanlar üçün risk təxminən 2,5 dəfə artıb”, – Qadziyan bildirib.

Mütəxəssislər 400 mindən çox insanın məlumatlarını öyrəniblər. Təxminən 18 il davam edən müddətdə 10 014 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişib. Bütün halları nəzərə alan alimlər siqaret çəkənlərin ömrünün uzunluğu və xərçəngə tutulma riskinin ilk siqaretçəkmə yaşı ilə bağlı olduğunu bildiriblər.

Eyni zamanda, tədqiqat 15-34 yaş arasında siqareti buraxanların bu riskdən kənarda olduğunu göstərdi. Hətta uzun müddət siqaret çəkən 55-66 yaşlı insanlar, siqareti dərhal dayandırmaqla riski azaldır. Onların riski 1,88 dəfə yüksək olaraq qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv