“Turan Tovuz”un doğma meydançasına qayıtmasının müddəti uzanacaq

“Turan Tovuz”un doğma meydançasına qayıtmasının müddəti uzanacaq






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Turan Tovuz” klubuna məxsus olan Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi gələn ilin əvvəlində başa çatacaq.

presstvaz Sportinfo.az-a istinadən xəbər verir ki, komanda ən tezi 5-6 ay doğma rayondan kənarda qalacaq.

Süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və təbii qazonun salınmasına başlanılacaq.

Bir neçə gün öncə verilən rəsmi açıqlamada işlərin oktyabr ayının sonuna kimi tamamlanmasının nəzərdə tutulduğu bildirilsə də, yenilənmə prosesi daha uzun çəkəcək.

Belə ki, komanda doğma meydanına fevral ayına kimi dönə bilməyəcək.

Qeyd edək ki, komanda bu müddət ərzində məşqlərini Kürdəxanıda keçirəcək, rəsmi oyunlarına isə Suraxanıda yerləşən “Azərsun Arena”da çıxacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv