Bəzi ərazilərdə qaz təchizatı DAYANDIRILACAQ

Bəzi ərazilərdə qaz təchizatı DAYANDIRILACAQ






presstv

"Presstv"az #"Azəriqaz", #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Bakı, #Nərimanov rayonu, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv