Tramp bu ölkə üçün rüsumu artırdı

Tramp bu ölkə üçün rüsumu artırdı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ali Məhkəmə, #Braziliya, #Hakim, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tramp ABŞ üçün təhdid yaradan hərəkətlərə görə Braziliyaya 50% rüsum tətbiq edən sərəncam imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Braziliya hökumətinin son siyasətləri və hərəkətləri ABŞ-nin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid edir.

"Braziliya hökumətinin üzvləri Birləşmiş Ştatların iqtisadiyyatına müdaxilə edən, ifadə azadlığını və insan hüquqlarını pozan, eləcə də ABŞ şirkətlərinin marağına xələl gətirən hərəkətlər ediblər. Braziliya Ali Məhkəməsinin hakimi Aleşandre de Moraeş tez-tez Amerika şirkətlərinə və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiq siyasəti aparır. Hətta bunun üçün məhkəmə səlahiyyətlərindən sui-istifadə edir. Moraeş həmçininn siyasi motivli polis basqınlarına, həbslərə və bank hesablarının dondurulmasına icazə verib", – deyə məlumatda bildirilir.

Ağ Ev bu qərarın ABŞ-nin milli maraqlarını qorumağa yönəldiyni açıqlayıb.

Beləcə, Trampın qərarı ilə Braziliyadan idxala əlavə 40%-lik tariflər tətbiq edilərək, ümumi rüsum məbləği 50%-ə çatdırıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv