Pentaqon rəhbəri Pit Heqset istefa verir?

Pentaqon rəhbəri Pit Heqset istefa verir?






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Quru Qoşunları, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna seçkidə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

presstvaz-ın xəbərinə görə, bu barədə “NBC News” telekanalı məlumat verib.

Məlumata görə, o, müsbət qərar qəbul olunacağı təqdirdə Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Heqset son üç həftə ərzində qubernatorluğa namizədliyini irəli sürmək və seçkiqabağı kampaniyaya başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir. Lakin Pentaqonun qaydalarına əsasən, qubernator postuna seçkidə iştirak etmək üçün Heqset müdafiə naziri vəzifəsindən istefa verməli olacaq.

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanala verdiyi şərhdə yayılmış məlumatı təkzib edərək bildirib ki, Pit Heqset diqqətini əvvəlki kimi Prezident Trampın rəhbərliyi altında xidmət etməyə və Müdafiə Nazirliyinin fəaliyyətində “ABŞ hər şeydən əvvəldir” prinsipinin reallaşdırılmasına cəmləyib.

“NBC News” mənbələri bildirirlər ki, əgər Heqset qubernator postuna namizədliyini irəli sürmək niyyətini açıqlayarsa, Donald Tramp onun vəzifələrini müvəqqəti olaraq ABŞ quru qoşunları naziri Daniel Driskolla və ya müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Elbridc Kolbiyə həvalə edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv