“Hizbullah” Netanyahunun vəkilini hədəfə alıb

“Hizbullah” Netanyahunun vəkilini hədəfə alıb






presstv

"Presstv"az #Araşdırma, #Benyamin Netanyahu, #Fransa, #İsrail, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun vəkili Olivye Pardoya qarşı mümkün sui-qəsd planı ilə bağlı araşdırma başladıb.

presstvaz xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Paris Prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilir ki, Olivye Pardo hüquq-mühafizə orqanlarına keçmiş məhbus və əvvəllər polis informatoru olan Rudi Terranova ilə 16 iyulda baş tutmuş söhbətdən sonra müraciət edib.

Terranova bildirib ki, Seneqala səfəri zamanı “Hizbullah” hərəkatının üzvləri ona Pardoya sui-qəsd təşkil etməyi təklif ediblər. O, vəkilin məhz Netanyahu ilə əlaqəsinə görə hədəfə çevrildiyini bildirib.

“Məhkəmə orqanlarının bunun real təhlükə, yoxsa xəyali təhdid olduğunu müəyyən edəcəyinə inanıram”, – deyə Pardo nəşrə açıqlamasında qeyd edib.

Qeyd olunur ki, Rudi Terranova bu işlə bağlı istintaq çərçivəsində iyulun 21-də saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv