Son bir ayda sürücülərin sükan arxasında yuxulaması neçə qəzaya səbəb olub?

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması neçə qəzaya səbəb olub?






presstv

"Presstv"az #Avto, #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), #DNT, #Hadisə, #Nəqliyyat, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

presstvaz xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

“Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri

– yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,

– soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa,

– uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətli fasilə verməyə,

– alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır.

Unutmayın: sükan arxasında bir anlıq yuxululuq – bir ömürlük peşmançılığa səbəb ola bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv