“Crocus” terror aktı ilə bağlı etiraf: Öz qardaşını ifşa etdi

“Crocus” terror aktı ilə bağlı etiraf: Öz qardaşını ifşa etdi






presstv

"Presstv"az #Bryansk, #Cinayət işi, #Moskva vilayəti, #Odlu silah, #Rusiya, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert salonuna edilən hücumla bağlı yeni təfərrüat üzə çıxıb. Belə ki, terrorçulardan Muhammadsobir Fayzov öz qardaşını ələ verib.

presstvaz-ın xəbərinə görə, bu barədə “RIA Novosti” cinayət işinin materiallarına əsaslanaraq məlumat verir.

Onun ifadəsindən məlum olur ki, Türkiyədə yaşayan və İŞİD üzvü olan böyük qardaşı da cinayətdə iştirakçıdır. Digər terrorçular Moskvaya gəlməzdən əvvəl məhz onun yanında olublar.

Qeyd edək ki, bundan əvvəl mediada İŞİD terror qruplaşmasının üzvlərinin, o cümlədən “Crocus City Hall”a hücum edənlərin Türkiyədə təlim keçdikləri və burda odlu silahdan istifadə bacarıqlarına yiyələndikləri barədə xəbər yayılmışdı.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov, Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv