Pandemiya hər kəsin beynini qocaldıbmış – Araşdırma

Pandemiya hər kəsin beynini qocaldıbmış – Araşdırma






presstv

"Presstv"az #Araşdırma, #COVID-19, #COVID-19 pandemiyası, #İngiltərə, #pandemiya, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərədə aparılan son araşdırma pandemiyanın təkcə bədən sağlamlığına deyil, beyin fəaliyyətinə də mənfi təsir etdiyini üzə çıxarıb. Nottingham Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatda məlum olub ki, COVID-19 pandemiyası zamanı insanların beyinləri 2020-ci ildən əvvəlki dövrlə müqayisədə orta hesabla 5,5 ay daha tez yaşlanıb.

presstvaz xəbər verir ki, UK Biobank layihəsində yer alan 15 min nəfərdən çox yetkin şəxsin beyin görüntüləri üzərində aparılan analizlər nəticəsində bu qənaətə gəlinib. Alimlər pandemiyadan əvvəl və pandemiya dövründə taranan insanların beyin yaşlarını xüsusi süni intellekt modeli ilə müqayisə ediblər.

Tədqiqatı aparan nevroloq Ali-Reza Mohammadi-Nejad bildirib ki, virusu keçirməyən şəxslərdə belə beyin yaşlanmasında artım qeydə alınıb:

"İzolyasiya, qeyri-müəyyənlik və sosial təcrid kimi faktorlar belə mənfi nəticələrə səbəb olub."

Nevroloq Dorothee Auer isə bildirib ki, əldə olunan nəticələr iki ayrı zaman nöqtəsinə əsaslandığı üçün, bu dəyişikliklərin geri dönməsi mümkündür.

"Bu, beyin sağlamlığı üçün ümidverici perspektivlər yaradır," – deyə o qeyd edib.

Araşdırmada vurğulanır ki, beyin yaşındakı bu artım hər zaman zehni performansın zəifləməsi demək deyil. Əsl bilişsel geriləmə halları yalnız COVID-19 virusu ilə yoluxmuş şəxslərdə müşahidə olunub.

Tədqiqatın nəticələrinə görə, kişilərdə və yaşlı, sosial və iqtisadi cəhətdən zəif təbəqələrə mənsub şəxslərdə daha çox beyin dəyişiklikləri qeydə alınıb.

Alimlər bildirirlər ki, bu tədqiqat hələ ilkin nəticələr təqdim etsə də, gələcəkdə daha geniş və uzunmüddətli görüntüləmə tədqiqatları beyin strukturundakı dəyişikliklərin səbəblərini və nəticələrini daha dəqiq ortaya qoya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv