KİV: “Məşhur rusiyalı jurnalist Yuri Dudun dövlətə xəyanət edib-etmədiyi yoxlanılacaq”

KİV: “Məşhur rusiyalı jurnalist Yuri Dudun dövlətə xəyanət edib-etmədiyi yoxlanılacaq”






presstv

"Presstv"az #Dövlətə xəyanət, #Ekstradisiya, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada qiyabi həbs edilən və beynəlxalq axtarışa verilən tanınmış rusiyalı jurnalist Yuri Duda dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülə bilər.

presstvaz xəbər verir ki, məlumatı TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadən yayıb.

“Səlahiyyətli orqanlar Yuri Dudun hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə bağlı cinayət əlamətlərini yoxlaya bilər”, – deyə hüquq-mühafizə orqanının yaydığı bəyanatda qeyd olunur.

Xatırladaq ki, iyulun 22-də Moskvanın Basman Rayon Məhkəməsi xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda təqsirləndirilən jurnalist Yuri Dud barəsində həbs qətimkan tədbiri seçib. Qərara əsasən, Y.Dud Rusiyaya ekstradisiya edildiyi və ya ölkədə saxlandığı andan etibarən iki ay müddətinə həbsdə olacaq. Jurnalist 2022-ci ildə Rusiyanı tərk edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv