Təbrizdə 75 günlük su ehtiyatı qalıb

Təbrizdə 75 günlük su ehtiyatı qalıb






presstv

"Presstv"az #Azərbaycan, #İran, #Mətbuat konfransı, #Təbriz şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Təbriz şəhərində su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.

presstvaz “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir:

“Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”, – deyə o qeyd edib.

Y.Qafarzadə əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşdığını bildirib.

“Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv