Nazir: “Azərbaycan-Somali əməkdaşlığının Türkiyə ilə birgə inkişaf etdirilməsi planlaşdırılır”

Nazir: “Azərbaycan-Somali əməkdaşlığının Türkiyə ilə birgə inkişaf etdirilməsi planlaşdırılır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Ceyhun Bayramov, #Mətbuat konfransı, #Somali, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın Somali ilə əməkdaşlığının Türkiyə ilə birlikdə üçtərəfli formatda inkişaf etdirilməsi planlaşdırılır”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Somalinin xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.

“Türkiyə ilə Somali arasında bir sıra istiqamətlərdə çox sıx əlaqələr mövcuddur. İki ölkə strateji tərəfdaşlıq münasibətinə malikdir. Azərbaycanın da hər iki ölkə ilə sıx əlaqələri nəzərə alınaraq, üçtərəfli formatda münasibətlərin inkişafı nəzərdən keçirilib”, – o əlavə edib.

C.Bayramov onu da vurğulayıb ki, Azərbaycan və Somali XİN-ləri arasında 2025-ci ildə keçirilmiş siyasi məsləhətləşmələrin davam etdirilməsi önəmlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv