Belin ağrıyır? – Alimlər deyir ki, gəzən adamlar…

Belin ağrıyır? – Alimlər deyir ki, gəzən adamlar…






presstv

"Presstv"az #Araşdırma, #bel ağrıları, #Həkim, #Norveç, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar.

presstvaz xəbər verir ki, bu barədə "Nnaked-science.ru" məlumat yayıb.

Məlum olub ki, 1,5 saat gəzmək lumbaqonun inkişaf riskini – həkimlər bu vəziyyəti belə adlandırırlar – 23 faiz azaldır.

Gəzinti fiziki fəaliyyətin ən əlçatan formasıdır, lakin bunu bel ağrılarına qarşı profilaktik tədbir kimi tövsiyə edərkən mütəxəssislər hərəkətin tezliyi və müddəti üçün şərt qoymurlar. Norveç Elm və Texnologiya Universitetinin alimləri bu cür ağrılı spazmların qarşısını almaq üçün tədqiqat aparıblar.

Tədqiqata yaşı 20 və yuxarı olan (orta yaş 55,3 yaş) 11 194 nəfər daxil olub. Onlardan 6 564-ü (58,6%) qadın olub. Tədqiqatçılar 2017-2019-cu və 2021-2023-cü illərdə aparılmış araşdırmanın məlumatlarından istifadə ediblər.

Alimlər insanların gündəlik gedişinin intensivliyini qiymətləndiriblər. İlkin müayinə zamanı 5,7 gün ərzində orta yeriş müddəti 103,8 dəqiqə olub.

4.2 illik təqib müddətindən sonra 1659 iştirakçı (14.8%) keçən il üç ay və ya daha çox davam edən xroniki bel ağrısı olduğunu bildirib. Bu, tədqiqatın əsas nəticəsi idi. Gündə 101-124 dəqiqə yeriyənlərdə ağrı inkişaf riski 78 dəqiqədən az yeriyənlərə nisbətən 0,77 dəfə, 125 dəqiqədən çox yeriyənlərdə isə 0,76 dəfə az olub. Bu o deməkdir ki, risk müvafiq olaraq 23 və 24 faiz azalıb.

Norveç alimləri tərəfindən əldə edilən nəticələr ictimai sağlamlıq strategiyaları üçün əsas ola bilər./Publika.az

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv