Ağdam və Ağdərə rayonlarında GÜCLÜ YANĞIN: İki helikopter cəlb olundu

Ağdam və Ağdərə rayonlarında GÜCLÜ YANĞIN: İki helikopter cəlb olundu






presstv

"Presstv"az #Meşə, #Mina partlayışı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

08:33

Ağdam və Ağdərə ərazisində baş verən yanğın davam edir.

presstvaz-ın məlumatına görə, mürəkkəb coğrafi relyef yanğının söndürülməsini çətinləşdirir.

Məlumata əsasən, yanğının əhatə etdiyi kəndlərin sayı artıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri sözügedən ərazilərdə fasiləsiz iş aparırlar.

Məhərrəm Əliyev

02:18

Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğınlar davam edir. Bir çox hissələrdə yanğının qarşısı alınsa da, mürəkkəb coğrafi relyefdə baş verən yanğınlar hələ də alovlanır.

presstvaz APA-ya istinadən xəbər verir ki, əraziyə Ağdamla yanaşı, Xocalı və Ağdərə rayonlarından yanğınsöndürmə briqadaları, texnika və şəxsi heyət cəlb olunub.

Yanğın həmin rayonlarda bir neçə kəndi əhatə edib.

22 iyul, 22:56

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.

Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.

Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

Həmin görüntüləri təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv