Gürcüstan Azərbaycan səfirliyinə əlavə ərazi ayırdı

Gürcüstan Azərbaycan səfirliyinə əlavə ərazi ayırdı






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Gürcüstan, #İrakli Kobaxidze, #Sərəncam, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze 49 illik müddətə Tbilisidə Azərbaycan səfirliyinə əlavə 69 kvadrat metr ərazinin ayrılması barədə sərəncam imzalayıb.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bu barədə sənəd Gürcüstan hökumətinin saytında dərc olunub.

"Sahəsi 69 kvadratmetr olan, dövlət mülkiyyətində olan və kənd təsərrüfatı təyinatlı olmayan torpaq sahəsinin Azərbaycan Respublikasının səfirliyinə 49 illik tikinti hüququ ilə təmənnasız verilsin", – sərəncamda qeyd olunur.

Sənəddə səfirliyə ayrılan torpaq sahəsinin kadastr nömrəsi də göstərilir. Bələdiyyə Xidmətləri İnkişafı Agentliyinin xəritəsinə əsasən, söhbət Tbilisidəki Qorqasali küçəsində yerləşən diplomatik nümayəndəliyin yaxınlığındakı kvadrat sahədən gedir.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv