Jurnalistlər sabah “CineMastercard” kinoteatrında filmlərə pulsuz baxa biləcəklər

Jurnalistlər sabah “CineMastercard” kinoteatrında filmlərə pulsuz baxa biləcəklər






presstv

"Presstv"az #Azərbaycan, #CineMastercard, #Hadisə, #Jurnalistlər, #Milli Mətbuat, #Peşə bayramı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

22 iyul – Milli mətbuatımızın 150 illik yubileyi – bu yalnız peşə bayramı deyil, sözə, həqiqətə və cəmiyyətə xidmət edən hər kəsi böyük hörmətlə yad etmək günüdür. Mətbuat əməkdaşlarının fədakarlığı sayəsində biz hər gün obyektiv məlumat alır, ölkə və dünyada baş verənləri yaxından izləyə bilirik.

150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olub, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi bu əlamətdar gün münasibətilə media nümayəndələrinə təşəkkürünü bildirir və istənilən filmə pulsuz bilet, həmçinin popkorn və içki təqdim edir.

Hədiyyəni əldə etmək üçün zəruridir:

– 22 iyul tarixində istənilən “CineMastercard” kinoteatrına gəlmək;

– Mətbuat əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim etmək;

– Qısa bir blankı doldurmaq;

– İstənilən filmi seçmək.

“CineMastercard” kinoteatrı media nümayəndələrinə obyektivliklərinə, sədaqətlərinə və cəmiyyətin məlumatlı qalması yolunda göstərdikləri fədakar əməyə görə ürəkdən təşəkkür edir. Sizin işiniz insanlara ilham versin, nəşrləriniz böyüsün və fəaliyyətiniz yeni nailiyyətlər gətirsin!

Bayramınız mübarək, dəyərli jurnalistlər!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv