“Haber Global”: “Qarabağın mirvarisi olan Şuşa qlobal dialoq platformasına çevrilib”

“Haber Global”: “Qarabağın mirvarisi olan Şuşa qlobal dialoq platformasına çevrilib”






presstv

"Presstv"az #Azərbaycan, #Haber Global, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Qarabağ bölgəsinin mirvarisi Şuşada keçirilən III Qlobal Media Forumunun ikinci gününə yekun vurulub.

presstvaz xəbər verir ki, mövzu ilə bağlı “Haber Global” xüsusi reportaj hazırlayıb.

Telekanalın xarici xəbərlər meneceri Eda Tuğrul forumun ikinci günündəki atmosfer və tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, panel toplantılarından sonra 50 ölkədən olan 140-a yaxın iştirakçı Ağdama səfər edib. Forum iştirakçıları burada aparılan genişmiqyaslı yenidənqurma işlərinin şahidi olublar və Ağdamda fəaliyyət göstərən fabriklə tanış olublar.

Səfərin ən diqqətçəkən məntəqələrindən biri Hıdırlı kəndi, son dayanacaq isə Xocalı olub. Ziyarətçilərə Xocalıda aparılan bərpa prosesi və şəhərin yenidən qurulması ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, III Şuşa Qlobal Media Forum sabah panel müzakirələri ilə davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv