Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istirahət mərkəzlərinə mediatur təşkil edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istirahət mərkəzlərinə mediatur təşkil edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), #Futbol, #Milli Mətbuat, #Minifutbol, #Quba, #Qusar rayonu, #Tennis, #Təhsil, #Xaçmaz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar iyulun 18-19-da Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.

presstvaz xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən “Lokomotiv” istirahət mərkəzində olublar.

Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var.

Sonra media nümayəndələri AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzinə gəliblər. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası mövcuddur.

Mediatur iştirakçıları AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzində də olublar. Bildirilib ki, 10 hektardan çox ərazini əhatə edən mərkəzdə 3 üçmərtəbəli yataq korpusu, kotteclər, idman meydançaları, konfrans zalı, hovuzlar və yeməkxana fəaliyyət göstərir.

Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi olub. Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur.

Həmçinin tur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzində də olublar. Mərkəzdə kotteclər və otel nömrələri, açıq-qapalı restoranlar, uşaq əyləncə zonaları var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv