Otağa niyə girdiyinizi unudursunuzsa… – Elmi səbəbi açıqlandı

Otağa niyə girdiyinizi unudursunuzsa… – Elmi səbəbi açıqlandı






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Demensiya, #Hadisə, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Otağa daxil olduqdan sonra niyə girdiyinizi unutmaq tanış haldırsa, narahat olmağa dəyməz.

presstvaz bildirir ki, mütəxəssislər bunun neyroloji problem deyil, beynin normal işləmə xüsusiyyəti olduğunu bildirirlər.

Böyük Britaniyanın "HealthTest UK" tibb təşkilatının mütəxəssisləri bu fenomeni "qapı effekti" adlandırır. Onların sözlərinə görə, beyin bir otağın qapısını keçməyi əvvəlki hadisənin sonu, yeni bir mərhələnin başlanğıcı kimi qəbul edir. Bu zaman əvvəlki məqsəd artıq "köhnəlmiş informasiya" hesab olunur və beyin onu silir.

Alimlər qeyd edir ki, bu proses demensiya və ya başqa yaddaş pozuntusu ilə əlaqəli deyil. Lakin yuxusuzluq və fiziki yorğunluq bu effekti daha da gücləndirə bilər. Səbəb isə beynin enerjiyə qənaət etməyə çalışması və yalnız önəmli hesab etdiyi məlumatı yadda saxlamasıdır.

Qeyd edək ki, daha əvvəl həkim Amir Xan da çoxsaylı işlərlə eyni anda məşğul olmağın beynə zərərli olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu vərdiş qısa müddətli yaddaşı, diqqət toplama qabiliyyətini və emosional sabitliyi zəiflədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv