Suriya Əs-Süveydaya daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başladı

Suriya Əs-Süveydaya daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başladı






presstv

"Presstv"az #Ailə, #Dəməşq, #Hadisə, #İsrail, #Münaqişə, #Suriya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriyanın keçid dövrü hökuməti druz icması ilə bədəvi qəbilələri arasında şiddətli döyüşlərin getdiyi cənubdakı Əs-Süveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb.

presstvaz-ın Oreanda-news.com nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Bab məlumat verib.

DİN rəsmisi buna səbəb kimi cinayətkar qruplaşmalar tərəfindən törədilən qanlı hadisələri göstərib.

Daxili İşlər Nazirliyinin “Syria TV” tərəfindən yayımlanan açıqlamasına görə, əməliyyat prezidentin göstərişi ilə həyata keçirilib və dinc əhalinin qorunması, xaosun qarşısının alınması üçün ümummilli vəzifənin bir hissəsidir.

Əl-Bab əmin edib ki, bütün hökumət strukturları Əs-Süveydada sabitliyin bərpası üçün çalışır.

Xatırladaq ki, iyulun 13-də silahlı qruplaşmaların druz kəndlərinə hücumundan sonra münaqişə kəskinləşib. Eyni zamanda, İsrail druzların qorunmasının zəruriliyini əsas gətirərək, Dəməşqin əsas hədəflərinə hava zərbələri endirib.

Suriya rəsmiləri vəziyyətin nizama salınması üçün Əs-Süveydada hazırladıqları hərbi əməliyyatla bağlı İsrailə xəbərdarlıq etdiklərini deyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv