Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb

Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Təşəbbüs Qrupu (BTQ), #Fransa, #Hadisə, #Münaqişə, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Təşəbbüs Qrupu (BTQ) əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə “Yeni Kaledoniya: Kalonial miras, öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı” adlı tədqiqat işi hazırlayıb.

BTQ-dən presstvaz-a verilən məlumata görə, araşdırmada Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər, proseslərin gedişi, eləcə də kanak xalqına qarşı repressiyalar və bu xüsusda beynəlxalq təpki və mübarizənin nəticələri əks olunub.

Qeyd edilib ki, tədqiqat işi bu ilin mart-iyun aylarında yazılan tədqiqat hadisələrin xronologiyasını, zorakılıq və dağıntıların miqyasını, Fransa hüquq-mühafizə orqanlarının törətdiyi vəhşilikləri, eləcə də region və regionda maraqları olan ölkələrinin, eyni zamanda BMT-nin reaksiyasını əhatə edir.

Tədqiqat kanak xalqının etirazlarının kökündə kolonial idarəetmənin durduğunu göstərir, əsarət altında yaşayan xalqların fundamental hüquqları ilə bağlı ciddi çatışmazlıqları təhlil edir:

“Bu araşdırmadan həm yerli spesifikliyi, həm də daha geniş siyasi konteksti əks etdirən bir neçə əsas nəticə çıxır. Belə ki, Yeni Kaledoniyadakı 2024-cü il böhranı göstərdi ki, Fransanın ərazi üzərində nəzarəti güc və inzibati üsullarla – yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət etmədən qorumaq cəhdləri münaqişəni daha da ağırlaşdırır. Həmçinin, metropoliyanın repressiya, fövqəladə vəziyyət və həbslər şəklində cavabı dialoqa hazır olmadığını və müstəmləkə reflekslərinin hələ də güclü olduğunu göstərdi. Araşdırma Kaledoniyanın statusu məsələsinin Fransanın daxili işi olmadığını beynəlxalq hüquq baxımından təhlil edir və ədalətə əsaslanan nizamlanma olmadan davamlı sülhün mümkün olmayacağı qənaətinə gəlir”.

Qeyd edilib ki, iyulun 12-də Fransa və Yeni Kaledoniya arasında imzalanan saziş adıçəkilən araşdırmanın nəticələrinin dəqiq proqnozlaşdırıldığını sübut edir: Adanın statusuna dair qərarı kanak xalqı verməli və mərhələli şəkildə Yeni Kaledoniya tam müstəqil olmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv