Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb

Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb






presstv

"Presstv"az #Antonio Quterreş, #Böyük Britaniy, #Böyük Britaniya, #Jurnalistlər, #Nyu-York, #Türkiyə, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Kipr probleminin həlli üçün ilin əvvəlindən bəri geniş tərkibdə ikinci görüş başlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, dörd ay əvvəl olduğu kimi, Cenevrədə də görüş “beş üstəgəl bir” formatında, yəni adanın yunan və türk icmalarının rəhbərlərinin, üç dövlətin – Kiprin təhlükəsizliyinin təminatçısı olan Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin, habelə BMT-nin baş katibinin iştirakı ilə keçirilir.

Forum əvvəlcə bir saata planlaşdırılan şam yeməyi ilə başlayıb, lakin nəticədə üç dəfə daha uzun sürüb. Jurnalistlərin sammit iştirakçılarının ilk birgə iclasının nəyə görə yubanması ilə bağlı sualını cavablandıran Kipr Respublikasının Prezidenti Nikos Xristodulides müzakirənin maraqlı keçdiyini izah edib. Kipr türklərinin lideri Ersin bildirib ki, şam yeməyi dostluq şəraitində keçib. Qeyd olunur ki, görüş zamanı BMT-nin baş katibi Antonio Quterreş danışıqların irəliləməsi üçün adada icmalararası etimadın gücləndirilməsinin zəruriliyindən danışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv