İraqda ticarət mərkəzində güclü yanğın: Ölənlərin sayı artdı

İraqda ticarət mərkəzində güclü yanğın: Ölənlərin sayı artdı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Hadisə, #Hakim, #İraq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İraqın şərqindəki Əl-Kut şəhərində ticarət mərkəzində yerləşən hipermarketdə baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Bildirilib ki, genişmiqyaslı yanğın beşmərtəbəli ticarət mərkəzinin binasını bürüyüb.

Şəhər səhiyyə idarəsinin nümayəndəsinin sözlərinə görə, həyatını itirən 59 nəfərin şəxsiyyəti müəyyən edilsə də, bir cəsədin kimliyini müəyyən etmək mumun olmayıb.

Bundan əlavə, dağıntılar altında digər qurbanların cəsədləri qalır.

10:18

İraqda Əl-Kut şəhərində ticarət mərkəzində baş vermiş güclü yanğında həlak olanların xatirəsinə ölkədə üçgünlük matəm elan edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə Vasit əyalətinin qubernatoru Məhəmməd Cəmil əl-Maya özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Əl-Kut şəhərində yerləşən ticarət mərkəzində baş vermiş faciəli yanğında həyatını itirənlərin xatirəsini yad etmək üçün üçgünlük matəm elan edirik. Günahsız qurbanların ailələrini əmin edirik ki, bu insidentdə birbaşa və ya dolayısı ilə əli olanlara qarşı yumşaq davranmayacağıq. İlkin araşdırmanın nəticələrini 48 saat ərzində dərc edəcəyik. Biz həmçinin binanın sahibinə, ticarət mərkəzinin sahibinə və bu işdə əli olan hər kəsə qarşı məhkəmədə iddia qaldırdıq”, – deyə o bildirib.

09:40

İraqda ticarət mərkəzində güclü yanğın baş verib.

presstvaz-ın xəbərinə görə, bu barədə AFP nəşri məlumat yayıb.

Məlumata görə, yanğın zamanı ən azı 50 nəfər həyatını itirib.

Yanğının yeri ilə bağlı rəsmi təsdiq olmasa da, bəzi xəbərlərdə hadisənin İraqın Əl-Kut şəhərindəki supermarketdə baş verdiyi iddia edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv