Bakı Ali Neft Məktəbində “İlin tələbəsi” olmuş məzun Mançester Universitetində təhsil alacaq

Bakı Ali Neft Məktəbində “İlin tələbəsi” olmuş məzun Mançester Universitetində təhsil alacaq






presstv

"Presstv"az #Avropa, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Magistratura, #Qəbul imtahanları, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu İsmayıl Məmmədzadə Böyük Britaniyanın Mançester Universitetində Kompüter elmləri ixtisası üzrə magistratura təhsilinə başlayacaq.

presstvaz xəbər verir ki, o, daha əvvəl İnformatika üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanaraq Bakı Ali Neft Məktəbinə müsabiqədənkənar qəbul olub.

“WorldSkills 2021” müsabiqəsində proqramlaşdırma sahəsində II yer qazanıb. “PASHA Hackathon”, “Pasha Insurance Hackathon”, “Huawei TransitHack”, “Junction X Baku” kimi nüfuzlu yarışların qalibi olub.

Həmçinin, Avropanın ən böyük “Hackathon” tədbiri olan Helsinkidəki “Junction Europe”da ölkəmizi uğurla təmsil edərək öz kateqoriyasında qalib gəlib.

Artıq 3 illik iş təcrübəsi olan İsmayıl bir çox dövlət və özəl qurumların proqram təminatı layihələrində iştirak edib. Hazırda “Digital Research Lab”da proqramçı olaraq çalışır.

İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 96.5 ortalama bal və fərqlənmə diplomu ilə məzun olan İsmayıl Məmmədzadə BANM-ın Fəxri Kötüyünə adını yazdırıb.

Qeyd edək ki, o, 2020-ci ilin qəbul imtahanlarında 674 bal toplayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv