Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə: “Bu, daha əvvəl edilməli idi”

Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə: “Bu, daha əvvəl edilməli idi”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Mətbuat konfransı, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə qərar hələ 2022-ci ildə verilib və bu, regionda sərhədlərin hüquqi müəyyənləşdirilməsi zərurəti ilə bağlıdır.

presstvaz erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Mətbuat konfransında çıxış edən Paşinyan xatırladıb ki, 2022-ci ilin sentyabrında Ermənistan Azərbaycandan gələn təhlükə ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım üçün müraciət edib. Lakin onun sözlərinə görə, cavab “sərhəd aydın deyil” olub ki, bu da müttəfiqlərin Ermənistanın ərazi bütövlüyü anlayışını şübhə altına alır.

“Bizdə bir sual yarandı: “qırmızı xətt” haradan keçir? İndiyədək heç kim onu göstərməyib. Biz də özümüzə sual verməyə başladıq: KTMT üzrə tərəfdaşlarımız bizim ərazi bütövlüyümüzü tanıyırmı? Biz özümüz onu tanıyırıqmı?”, – deyə baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, nəticədə Ermənistanın qonşularının ərazi bütövlüyünü rəsmən tanıması barədə qərar qəbul edilib ki, bunun müqabilində eyni şeyi tələb etmək üçün mənəvi-siyasi əsas olsun.

“Ona görə də 2022-ci il oktyabrın 6-da mən Azərbaycanın ərazi bütövlüyünü tanıdım. Bu, daha əvvəl edilməli idi”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv