“Instagram”da paylaşdığı itlərin şəkli avstraliyalı qadına 50 min dollara başa gəldi

“Instagram”da paylaşdığı itlərin şəkli avstraliyalı qadına 50 min dollara başa gəldi






presstv

"Presstv"az #Avstraliya, #Avto, #Dollar, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyada kiçik biznes sahibi Roçelle Marinatonun “Instagram”da üç itin şəklini paylaşması ona 50 min dollar ziyana başa gəldiyini bildirib.

presstvaz bu barədə “Daily Mail”ə istinadən xəbər verir.

(function () {window._ttzi = 161; var adv_161_iad = document.createElement(“script”);adv_161_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?v=” + new Date().toJSON().slice(0,10).replace(/-/g,’.’);adv_161_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_161_iad);adv_161_iad.onload = function(){adv_161_iad.parentNode.removeChild(adv_161_iad);}})();

Bildirilir ki, “Meta” şirkəti bu şəkli səhvən “uşaq istismarı və çılpaqlıq” kateqoriyasına salaraq avtomatik olaraq hesabları bloklayıb. Səbəb süni intellektin itləri uşaqlarla səhv salması olub.

Marinato 22 dəfə “Meta” ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib. Hesabının bərpa olunmaması nəticəsində onun “Pilates World Australia” adlı şirkəti 50 000 Avstraliya dolları zərərə düşüb və gəliri 75% azalıb. Nəticədə, hesabını geri almaq üçün üçüncü tərəfə pul ödəmək məcburiyyətində qalıb.

Marinato həm maliyyə ziyanı, həm də belə ağır ittihamın nüfuzuna vurduğu zərər səbəbi ilə ciddi narahatlıq keçirdiyini deyib və “Meta” ilə insan təması qurmağın mümkünsüz olduğunu vurğulayıb.

“Bütün satışlarımız dayandı, reklamlarımız silindi, heç kimə nə baş verdiyini izah edə bilmədik. Sanki yoxa çıxdıq”, – deyə o bildirib.

O, süni intellektin bu cür səhvlərinin təhlükəli olduğunu deyir: “İnsanlar düşünə bilər ki, biz nəsə pis iş görmüşük. Halbuki bu sadəcə üç itin şəkli idi”.

Marinato indiyə kimi heç bir maddi zərəri geri ala bilmədiyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv