Zibil kimi atırdıq, indi kiloqramı 128 manatadır

Zibil kimi atırdıq, indi kiloqramı 128 manatadır






presstv

"Presstv"az #Arıçılıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib.

presstvaz xəbər verir ki, bir çay qaşığında bir kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3 min TL-yə (128 manat) satılır.

Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıqları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur.

25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki, bir neçə il əvvəl arı çörəyi zibilə atılırdı:

"Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur" .

Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv