Fon der Lyayen: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi düşmənçiliyə son qoyacaq”

Fon der Lyayen: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi düşmənçiliyə son qoyacaq”






presstv

"Presstv"az #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Ermənistan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Avropa İttifaqı onun tezliklə imzalanacağına ümid edir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, – deyə fon der Lyayen deyib.

AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.

“Bizim davamlılıq və inkişaf planımız var. Bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv