70 qəpiyə satılan "ölüm içkiləri"

70 qəpiyə satılan "ölüm içkiləri"






presstv

"Presstv"az #Düzgün qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərinin sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq edib.

presstvaz xəbər verir ki, onun sözlərinə görə bu cür içkilər tərkibində yüksək dozada kofein, şəkər və sintetik maddələr ehtiva etdiyindən orqanizmdə ciddi pozuntulara yol aça bilər.

Xaçirova bildirib ki, enerji içkilərindən müntəzəm istifadə ürək ritm pozuntuları, təzyiqin yüksəlməsi, sinir sistemi gərginliyi, yuxusuzluq, mədə-bağırsaq narahatlıqları və asılılıq kimi fəsadlarla nəticələnə bilər.

"Xüsusilə yeniyetmələr və yüksək təzyiq, ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslər üçün bu içkilər təhlükəlidir. Enerji içkiləri sürətli stimullaşdırıcı təsir göstərsə də, bu təsirin arxasında ciddi yorğunluq və orqanizmin tükənməsi gizlənir", – deyə o vurğulayıb.

Mütəxəssis bu içkilərin idman zamanı və ya imtahan öncəsi gərginlikdə istifadəsini də riskli hesab edir. Onun sözlərinə görə, belə hallarda orqanizmin öz ehtiyatları həddən artıq gərginləşir, bu isə ürək və sinir sisteminə əlavə yük yaradır.

Xaçirova enerji içkiləri əvəzinə bol su içməyi, düzgün qidalanmağı və yuxu rejiminə riayət etməyi daha sağlam alternativlər kimi tövsiyə edir.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv