Parisdə İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib – VİDEO – FOTO

Parisdə İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib – VİDEOFOTO






presstv

"Presstv"az #Azərbaycan, #Paris, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 47-ci sessiyasında İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin iyulun 6-dan 16-dək keçirilən 47-ci sessiyası çərçivəsində müxtəlif tematik tədbirlər təşkil olunub.

Onların arasında iyulun 11-də İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş təqdimat mərasimi xüsusi yer tutub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu "Ümumdünya İrsinin Qorunması: Mühafizə və Kommunikasiya Təcrübəsi" idi.

Tədbirə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib.

Tədbir zamanı mədəni irsin qorunması, bərpası və ictimaiyyətə təqdim edilməsi sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədə gördüyü işlər və əldə olunan nəticələr təqdim olunub.

Tədbirdə UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, Ümumdünya İrs Mərkəzinin direktoru Lazar Eloundou və digər beynəlxalq ekspertlər mədəni irsin təqdimatında medianın rolundan, ictimai kommunikasiya vasitələrinin əhəmiyyətindən və mədəni irsin qorunmasına beynəlxalq yanaşmalardan danışmışlar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Tədbirdə Azərbaycan adından çıxış edən Trend İnformasiya Agentliyinin Baş direktorun müavini Elçin Ağacanov İçərişəhərdə aparılan bərpa və konservasiya işləri, kommunikasiya layihələri, mədəni irsin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi və irsin mühafizəsi siyasətində ölkənin mövqeyinin gücləndirilməsi üçün mühüm platformaya çevrilib.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv