Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"

Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"






presstv

"Presstv"az #elmi tədqiqat, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dubayda yaxın aylarda texnologiya və qastronomiyanın birləşdiyi unikal layihə həyata keçiriləcək. "WOOHOO" adlı yeni restoran sentyabr ayında şəhərin mərkəzində, Burj Xəlifənin yaxınlığında qapılarını qonaqların üzünə açacaq. Bu restoranı digərlərindən fərqləndirən əsas xüsusiyyət isə onun süni intellektlə – "Aşbaz Aiman" tərəfindən idarə olunmasıdır.

presstvaz xəbər verir ki, "Aşbaz Aiman" – adı "AI" (Süni İntellekt) və "human" (insan) sözlərinin birləşməsindən yaranıb – geniş dil modeli əsasında qurulub və on minlərlə resept, qida elmi tədqiqatları, molekulyar tərkiblər və fərqli mətbəx ənənələri üzərində "təhsil alıb". O, yeməkləri struktur, turşuluq, şirinlik və umami kimi dad komponentlərinə ayıraraq qeyri-adi və innovativ reseptlər yaradır.

Hərçənd ki, Aiman yeməyin dadını, qoxusunu hiss edə bilməz, onun təklif etdiyi reseptlər məşhur insan aşpazlar – o cümlədən Dubayda tanınmış aşpaz Reif Othman tərəfindən dadılır, qiymətləndirilir və son mərhələdə təkmilləşdirilir. Yəni süni intellekt mətbəxə rəhbərlik edir, lakin finalda insan təcrübəsi və zövqü ilə tamamlanır.

Uzunmüddətli hədəf isə bu modelin beynəlxalq miqyasda tətbiq edilməsidir. Layihə komandası ümid edir ki, gələcəkdə Aiman-ın reseptləri dünya restoranlarında istifadə olunacaq və bu, həm kulinariya təcrübəsini zənginləşdirəcək, həm də ətraf mühitə töhfə verəcək.

Fidan
presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv